Büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı TAPŞIRIQ

media-hightechnic-468x90

2021-ci il və qarşıdakı illərdə büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunmasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıq verilib.

Yenicag.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, dövlət müəssisələrində şəffaflığa diqqət ediləcək və şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq.

O qeyd edib ki, dövlət layihələrinin səmərəliliyi artırılmalıdır: “Nazirlər Kabineti dövlət başçısının bütün tapşırıqlarını vaxtında və keyfiyyətlə icra edəcək”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa