"Neft ucuzlaşır, dollar bahalaşacaq? – Valyuta ehtiyatları bizi xilas edə biləcəkmi? - VİDEO

media-hightechnic-468x90

“Ölkəmizin valyuta ehtiyatları və mövcud digər makroiqtisadi göstəricilər neft qiymətinin ucuzlaşması şəraitində risklərin idarə olunmasına imkan verəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

media-whatsapp-image-2025-12-18-at-16-29-06

O, gələn il neft hasilatının azalması, həmçinin xam neft və təbii qaz qiymətlərinin ucuzlaşması fonunda Azərbaycanda iqtisadi risklərin və mümkün böhran ehtimallarının artacağı ilə bağlı iddialara aydınlıq gətirib. İqtisadçı bildirib ki, iqtisadiyyatda hər zaman risk faktoru mövcuddur:

“Məsələ riskin mövcudluğu deyil, onun miqyasıdır. Prosesə məhz bu kontekstdən yanaşmaq lazımdır. Bu gün Azərbaycan iqtisadiyyatında neft faktorunu kimsə dana bilməz. Neft amili ölkə iqtisadiyyatı üçün çox önəmlidir. Neftin qiyməti ucuzlaşdıqca ölkəyə daxil olan valyuta, eləcə də büdcə gəlirləri müəyyən mənfi təsirlərə məruz qalır. Bu baxımdan neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatı üçün müəyyən risklər formalaşdırır”.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa