Bürünc medal qazanan Azərbaycan üzgüçüsü: “III MDB Oyunları böyük təcrübədir”
III MDB Oyunlarında iştirak etmək böyük təcrübədir.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında III MDB Oyunlarında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Mehri Əbdürrəhmanlı deyib.
“Gələcək yarışlarda da uğurlu nəticə qazanmaq istəyirəm. Burada iştirak etmək böyük təcrübədir. Atam Rəşad Əbdürrəhmanlı da mənə dəstək oldu. Mükafatları verənlərdən biri də o idi. Ona da təşəkkür edirəm”.
Qeyd edək ki, Mehri Əbdürrəhmanlı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə yarışda mükafat qazanıb./Report/