!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavanşir Feyziyevin ailə üzvlərinin Londondakı BANK HESABLARI: Deputatın yaxın qohumları necə “zənginləşib?”

!Reklam – Yazi

Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin Böyük Britaniyada açdıqları bank hesabları ifşa olunub.

Yenicag.az xəbər verir ki, mühacirətdə yaşayan jurnalist-publisist Çingiz Sultansoy özünün “Facebook” hesabında yaydığı məlumata əsasən, Cavanşir Feyziyevin ailə üzvlərinin Böyük Britaniyada ümumilikdə 15 milyon funt sterlinqin (20,5 milyon dollar) yatırıldığı bank hesablarının üstü açılıb.

Çingiz Sultansoy OCCRP – Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi təşkilatının araşdırma məqaləsindən götürdüyü faktı bu qeydlərlə paylaşıb:

“Tanış olun, indiyəcən, bəlkə də, yaxşı tanımadığınız Milli Məclisin deputatı Cavanşir Feyziyev. Deputat olduğunu bilməsəniz, ali təhsilli, orta bir Azərbaycan iş adamı, ya imkanlı ziyalı olduğunu deyərsiz. Amma… İngiltərədə Cavanşir müəllimin ailə üzvlərinə məxsus 15 milyon funt sterlinq, yəni 20,5 milyon (!) dollarlıq hesablarının üstü açılıb və nəzarətə götürülüb. Britaniya Milli Cinayət Agentliyi onların üzərinə həbs qoyulması üçün vəsatət verib. Bu hələ üzə çıxanıdır, gör hələ altda nə var, axırı nə olacaq…

Pullar Cavanşir məllimin həyat yoldaşı Pərvanə Feyziyevanın (7,86 milyon f.s.), oğlu Orxan Cavanşirin (6,4 milyon f.s.) və qohumu Elman Cavanşirin adına olan hesablardadır.

Deputatda, ailəsində haradandır bir belə pul? Bəs dövlətin uşaqpulu verməyə, yaralı və əlil qaziləri müalicə etməyə, onlara fərli təqaüd verməyə, pandemiyayla bağlı kasıbların hamısına 190 manat (?!) verməyə pulu çatmır, qazın, işığın, suyun qiymətini qaldırır?!

Məlumat OCCRP – Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi təşkilatının araşdırma məqaləsindən götürülüb. Orada deyilir ki, Feyziyevin yaratdığı 2 dərman şirkəti dövlətdən 138 milyon dollar gizli pul alıb. Niyə gizli? Niyə deputat? Bəs deputat bizneslə məşğul olmamalıdır? Bunların içində bir təmiz, salamat, adam yoxdur? Yoxsa bunu da Şuşanın alınmasına görə bağışlayaq, susaq? Bunun ki orduya heç bir dəxli yoxdu?”

A.Zeynalov

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv