Reklam: High Technic
hightechnic

Çavuşoğlu Almaniyaya sərt üzünü göstərdi: “Adam kimi müraciət edin”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsi ilə Almaniya arasında yaşanan gərginliyə münasibət bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın Türkiyə ilə bağlı məhdudlaşdırıcı qərarları haqqında danışan xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Berlinin bu addımlarının təsadüfi olmadığını deyib:

“Terrorçubaşına səfər icazəsi verirlər, Türkiyə Prezidentinə yox. Bunun heç bir izahı yoxdur. İndi də Almaniya bələdiyyələri bizlərin qatılacağı toplantıları ləğv etməyə başlayıblar. Bu, təsadüfi deyil. Almaniya “dərin dövləti”nin sistemli fəaliyyət istiqamətinə çevrilib. Niyə? Türkiyənin Almaniyada referendum kampaniyası aparmasını istəmirlər – çünki özləri də referendumdan “Xeyr” nəticəsinin çıxması üçün çalışırlar. Güclü Türkiyənin yolunu kəsmək istəyirlər.

Səfirimizi Xarici İşlər Nazirliyinə çağırmaları və orada söylədikləri isə “üzrxahlığı qəbahətindən böyük olan” bir davranışdır. Türkiyəli nazirlərə Almaniyaya səfərləri zamanı yalnız öz həmkarları ilə görüşmək məcburiyyəti qoyulub. Siz Türkiyənin nazirləri ilə görüşmək istəyirsinizsə, adam kimi müraciət edin, biz də görüşək. Bu cür davrananlarla görüşmərik”.

Çavuşoğlu əlavə edib ki, Almaniya bu yersiz addımlarının qarşılığını mütləq görəcək:

“Türkiyə sizin əmrinizdə olan bir ölkə deyil. Gəlin, birlikdə hərəkət edək. İki ölkə arasında çox güclü bağlar var, populizmdən uzaq olun. Bizimlə münasibətləri davam etdirmək istəyirsinizsə, necə davranacağınızı öyrənməlisiniz. Uzun illər mövcud olmuş müttəfiqliyimizi, həmrəyliyimizi aradan qaldırmaq istəyirsinizsə, Türkiyə də bunun altında qalmaz”.

Yeniçağ.Az

www.yenicag.az

109