Cəmi 40 gün işlədi, istefaya göndərildi

media-hightechnic-468x90

Avstraliyalı mütəxəssis Anqelos Postekoqlu İngiltərənin “Nottinqem Forest” futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Anqelos Postekoqlu məyusedici nəticələrdən sonra dərhal baş məşqçi vəzifəsindən azad edilib”, – deyə klubun bəyanatında bildirilib.

Bu gün İngiltərə çempionatının səkkizinci turunda “Nottinqem” evdə “Çelsi”yə 3:0 hesabı ilə uduzub, komandanın bütün yarışlardakı qələbəsiz seriyası 10 matça çatıb. Komanda 5 xalla çempionat cədvəlində 17-ci yerdədir.

Altmış yaşlı A.Postekoqlu sentyabrın 8-də “Nottingem Forest”ə rəhbərlik etməyə başlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05