Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Cəmil Həsənlinin “Tofiq Yaqublu planı”nın arxasında nə dayanır?

Reklam: Sinerji Pro

Milli Şuranın sədri Cəmil Həsənlinın Tofiq Yaqublunun Milli Şura sədri olması ilə bağlı təklifi müxalifət düşərgəsində yeni situasiya yaradıb. Uzun illərdir ki, Milli Şuraya formal sədrlik edən professorun bu təklifi siyasi prosesləri izləyənlər tərəfindən onun Milli Şuradan və Əli Kərimlidən canını qurtarmaq cəhdi kimi də qiymətləndirilir.

Müxalifət kluarlarından əldə etdiyimiz xəbərə görə, Həsənlinin bu təklifi Kərimli tərəfdarları tərəfindən etirazla qarşılanıb. Bir neçə ildir ki, Şuraya rəhbərlik edən, əslində isə faktiki olaraq Ə. Kərimlinin tapşırıqlarını yerinə yetirən C. Həsənlinin yerində Tofiq Yaqublunun olacağı halda fərqli durum yaranacaq. Yaqublunun AXCP sədrinin hər təklifinə “baş üstə” deməyəcəyini bilən cəbhəçilər buna görə də onun sədr olmasına qarşı çıxırlar. Buna görə də professorun təklifi AXCP-də narahatlıq yaradıb və Cəmil Həsənlinin ünvanına neqativ fikirlər səsləndirilməkdə davam edir.

Onlar bu addımı C.Həsənlinin siyasi bacarıqsızlığını etiraf kimi dəyərləndirir və bunu Tofiq Yaqubluya həvalə etməklə məsuliyyətdən yayınmağa cəhd göstərdiyini açıq şəkildə bildirirlər.

Bəzi müşahidəçilər isə təklifin Əli Kərimlinin özünün yeni bir planı olduğunu düşünürlər. İddialara görə, T. Yaqublunun müxalifət düşərgəsində bir qədər artan reytinqi və son vaxtlar gündəmdə olması yeni ssenarini işə salıb. Burada əsas məqsədin isə Yaqublunun əli ilə Müsavatda növbəti nüfuz əldə etmək, bu alınmadıqda partiyada parçalanmaya nail olmaq istəyi dayanır.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı ərəfəsində də Yaqublunun partiya başqanı seçilməsi üçün analoji proses gedirdi. Kərimli tərəfdarlarrı sosial şəbəkələrdə T. Yaqublunun təbliğatını aparır, onun daha çox başqanlığa haqqının olduğunu bildirirdilər.

Amma burada oynayan təkcə Kərimli-Həsənli-Yaaqublu üçlüyü deyil. C. Həsənlinin təklifindən dərhal sonra buna Müsavat başqanı Arif Hacılı reaksiya verdi və əsas oyunçulardan birinə çevrildi. Hətta o C. Həsənlinin təklifinə sevincək bir reaksiya da verdi:

“Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır. Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək” – deyə yazdı.

A. Hacılının bu oyuna qoşulmasının səbəbi isə nə Milli Şura, nə Əli Kərimli, nə də onun üçün partiya daxilində həmişə güclü rəqib olan T. Yaqubludan xilas olmaq deyildi. Əsas məqsəd gündəmi dəyişmək, mühacir biznesi ilə bağlı söz-söhbətlərin üstünü qapayaraq yeni gündəmin yaranmasına cəhd idi.

Bildirək ki, Müsavat Partiyasının Avropaya gedən şəxslərə saxta sənəd satması ittihamı ilə bağlı Almaniyada Müsavat Avropa Koordinasiya Mərkəzinin bəzi üzvlərinin saxlanılması partiyaya qarşı hücum və təzyiqləri gücləndirib. Son günlər isə şəxsən Arif Hacılı və yaxın ətrafının ünvanına saxta sənəd satmaları ilə bağlı ciddi ittihamlar səsləndirilir, ortaya faktlar qoyulur və bu mövzu partiyanın nüfuzuna ciddi ziyan vurub.

Yaranmış vəziyyətdən çıxış üçün Arif Hacılı və yaxın ətrafı tərəfindən hücumların qarşısının alınmasına ciddi cəhdlər edilir, mətbuat konfransı keçirilərək açıqlama və izahatlar verilir. Təzyiqlərin azaldılması və zərərsizləşdirilməsi məqsədilə Arif Hacılı tərəfindən AXCP-yə və Əli Kərimliyə yaxınlaşma, sığınmağa, aralarındakı münasibətlərin yumşaldılmasına cəhdlər müşahidə edilir. O, ən azından bir neçə gün gündəmin dəyişəcəyini, Müsavatın hədəfdən yayına biləcəyinə ümid edir.

Amma üfürülərək şişirdilməsinə çalışdığı bu mövzunun ciddi bir gündəm yaratmayacağı elə ilk andan da özünü göstərir. Növbəti plan nə olacaq, bunu da yaxın günlərdə görəcəyik./Yenisabah.az/

www.yenicag.az

549
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM