Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq 8 klub öz rəqibini tanıyıb.

Qeyd edək ki, “kor püşk” zamanı istənilən komanda digərinə rəqib ola bilərdi. Püşk nəticəsində iştirakçılar aşağıdakı cütlüklərə bölünüblər:

“Barselona” (İspaniya) – “Roma” (İtaliya)
“Sevilya” (İspaniya) – “Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya) – “Real” (İspaniya)
“Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə)

Xatırladaq ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

COP29