2 min il əvvəl eyni qəbirdə basdırılan əkizlər: Ölüm səbəbləri nə olub?
Xorvatiyanın Trogir şəhərində 2 min il əvvəl birlikdə dəfn olunmuş cüt yumurta əkizlərinin ölüm səbəbi ilə bağlı yeni versiya irəli sürülb.
Yenicag.az xəbər verir ki, bu barədə “Journal of Archaeological Science”də Mississippi Dövlət Universitetindən olan tədqiqatçılar məqalə dərc etdiriblər.
Araşdırmaçılar əkizlərin Roma dövrünə aid olduğunu və böyük ehtimalla, eyni vaxtda öldüyünü müəyyən ediblər.
Analizlər körpələrin ciddi metabolik xəstəliklərdən əziyyət çəkdiyini və ananın zəif qidalanmasının da buna səbəb ola biləcəyini göstərir.
Əsas ehtimallardan biri isə qurğuşun zəhərlənməsidir. Roma dövründə su boruları, qab-qacaq və şərabda qurğuşundan geniş istifadə olunurdu. Zəhərli metalın ana vasitəsilə körpəyə keçdiyi və bu vəziyyətin ölümə səbəb olduğu güman edilir.
Sümüklərdə qurğuşun izləri tapılıb, bu da dövrün təhlükəli gündəlik vərdişlərini ortaya çıxarır.