Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Cərimələnəcəklər" - DİN-dən sahibkarlara XƏBƏRDARLIQ

“Qayda pozuntusu daha çox ticarət mərkəzlərində və restoranlarda müşahidə olunur”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanda koronavirus pandemiyasının son günlərdə sürətlə yayılması və yoluxanların sayının bir neçə dəfə artması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, dövlət qurumlarının işini ağırlaşdırmamaq üçün qaydalara düzgün əməl edilməsi məqsədəuyğundur:

“Fəaliyyətinə icazə verilən sahələrdə qanunlara əməl etməyən həmin şəxslər cinayətə cəlb olunacaqlar. Hansısa şirkətdə qayda pozuntusu müşahidə olunarsa, sahibkar cərimələnəcək. Bu gün koronavirusdan vəfat edənlər dövlətin qaydalarına ironiya ilə yanaşıblar. Xüsusi problem ictimai nəqliyyatda müşahidə olunur. Avtobuslarda maskadan istifadə etməyənlər var. Metro isə ciddi nəzarətdə saxlanılır”.

Gülşən Şərif

www.yenicag.az

166
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100