Çernobıldakı rus əsgərləri zəhərləndi

media-hightechnic-468x90

Rusiya-Ukrayna müharibəsinin ən diqqət çəkən məqamlarından biri olan Çernobıl Atom Elektrik Stansiyasından yeni xəbər gəlib.

Yenicag.az xəbər verir ki, Ukraynada Çernobıl Atom Elektrik Stansiyasını işğal edən rus əsgərlərindən bəziləri radiasiyadan zəhərlənərək müalicə olunub. Bildirilir ki, zəhərlənən rus əsgərlər Belarusun Qomel şəhərindəki şüa müalicəsi mərkəzinə göndərilib.

Bundan əlavə Belarusun bəzi KİV-ləri ən azı 7 avtobus dolu rus əsgərinin müalicə üçün Çernobıldan Qomelə göndərildiyini yazıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600