Hikmət Qafarlı növbəti dəfə təyinat aldı

media-hightechnic-468x90

Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı da var.

“Yenicag.az” xəbər verir ki, o, B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq.

Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-i saat 19:00-da Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutan Ermənistan – Ukrayna görüşünə olub. Timekeeper kimi iş başında olan referi bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa