!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin müsəlmanlara qarşı qaydaları SƏRTLƏŞDİRDİ

!Reklam – Yazi

Çin Sincan Uyğur Muxtar Bölgəsində dinlərə qarşı sərt qaydalar tətbiq edir.

Yenicag.az xəbər verir ki, əksəriyyəti müsəlman olan Sincan-Uyğur Muxtar Bölgəsi bütün yeni ibadət yerlərinin “Çin xüsusiyyətlərini və üslubunu” əks etdirməsini tələb edən bir sıra qaydalar tətbiq edəcək.

Qanun layihəsi fevralın 1-dən qüvvəyə minir.

Yeni “dini məsələlərlə bağlı qaydalar” toplusuna əsasən, bütün yeni məscidlər, kilsələr və digər ibadət yerləri Çin dizayn elementlərini əks etdirməlidir.
Əlavə tədbirlərə ən azı bir ay əvvəl yerli hakimiyyət orqanları tərəfindən təsdiq edilməli olan “genişmiqyaslı” dini toplantılara nəzarət daxildir.

Həmçinin dini doktrinanın təfsiri bu bölgədə uyğurların və azlıqların hüquqlarına qarşı davam edən basqıları daha da gücləndirə bilər.

Bundan əlavə, qanun Çin İslam Assosiasiyasının (İslama nəzarət edən rəsmi dövlət orqanı) səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. İndi bu qurum Həcc (Məkkəyə müsəlmanların ziyarəti) ilə bağlı tədbirlər təşkil edə biləcək yeganə qurum olacaq.

Hökumət Pekinin İslam və Xristianlıq kimi yad hesab etdiyi dinlərə xüsusi təzyiq göstərir.

Xuraman Etibarlı

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv