Çində dəhşətli hadisə: Qadın itləri yemək üçün sığınacaqdan götürdü

media-hightechnic-468x90

Çinin Liaonin əyalətinin Zhixuan adlı sakini, müxtəlif it sığınacaqlarından bir neçə it götürərək onları öldürüb yediyi iddiası ilə gündəmə gəlib. Hadisə, qadının sosial mediada yayımladığı və ev heyvanlarının ətini bişirib yediyini göstərən görüntülərdən sonra ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, qadın bu vəhşi hərəkətini ürəyinin yumşaqlığı ilə izah etməyib. O, internetdə, aldığı itləri öldürüb yemək məqsədilə götürdüyünü açıqlayıb. Sosial şəbəkələrdə yayılan materiallarda Zhixuanın özünün belə davranışları təsdiqlədiyi və hadisəni ifşa etdiyi görünür. Nəticədə, qadının sosial media hesabı dərhal bloklanıb.

Çin polisi məsələ ilə bağlı dərhal araşdırmalara başlayıb və yerli heyvan sığınacaqları, bu cür halların qarşısını almaq məqsədilə daha sərt qanunlar tətbiq etməyə qərar verib. Polis, qadının həqiqətən itləri yediynə dair dəqiq məlumatın hələlik mövcud olmadığını açıqlayıb.

Bundan əlavə, bir çox heyvan sevərləri və hüquq müdafiəçiləri, sığınacaqlardan heyvanları götürmək istəyən şəxslərin daha ciddi yoxlanılmasını tələb edirlər. Çünki bu cür hadisələrin təkrarlanmaması üçün sığınacaqların daha ciddi nəzarət altında olması vacibdir.

Hazırda araşdırmalar davam edir və hüquq-mühafizə orqanları cinayət məsuliyyəti ilə bağlı qərar vermək üçün sübutları toplayır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600