Prezident: Azərbaycandan Yaponiyaya xam neft tədarükü böyük əhəmiyyət kəsb edir

media-hightechnic-468x90

Hazırda Azərbaycandan Yaponiyaya xam neft tədarükü əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda yaponiyalı jurnalistin Azərbaycanın Yaponiyanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Bəli, hazırda Azərbaycandan Yaponiyaya xam neft tədarükü əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Çünki ənənəvi tədarük marşrutlarında yaranmış problemlər fonunda Azərbaycan nefti getdikcə daha mühüm rol oynayır. Sizin əməkdaşlıqla bağlı sualınıza gəlincə, biz qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıyıq. Hesab edirəm ki, ölkələrimiz arasında artıq kifayət qədər zəngin tərəfdaşlıq tarixi formalaşıb. Bəzi dövrlərdə əməkdaşlıq daha dinamik olub, bəzi dövrlərdə isə nisbətən zəifləyib. Lakin müxtəlif sahələr üzrə yaxşı əməkdaşlıq təcrübəmiz var. Bir çox Yaponiya şirkəti Azərbaycanda iri sənaye layihələrində podratçı kimi fəaliyyət göstərib. Mən şəxsən Yaponiya şirkətlərinin inşa etdiyi iri elektrik stansiyalarının açılış mərasimlərində iştirak etmişəm. Hazırda Yaponiyadan ölkəmizə böyük həcmdə investisiya qoyuluşu olmasa da, hesab edirəm ki, gələcəkdə bu da baş verəcək. Düşünürəm ki, əməkdaşlıq edə biləcəyimiz sahələr kifayət qədər genişdir. Energetika, texnologiyalar və perspektivdə müdafiə sənayesi bunların sırasındadır. Bildiyimə görə, Yaponiya müdafiə sənayesini inkişaf etdirir. Biz də bu istiqamətdə çalışırıq. Bu sahədə təcrübə mübadiləsi apara, hətta gələcəkdə birgə istehsal layihələri həyata keçirə bilərik. Bir daha qeyd etmək istəyirəm ki, əvvəlki illərdə ticari əlaqələrimiz uğurlu olub. Lakin son beş-altı ildə birgə layihələrin sayı nisbətən azalıb. İkinci Qarabağ müharibəsindən sonra ölkələrimiz arasında diplomatik təmasların intensivliyi də əvvəlki səviyyədə olmayıb. Ancaq hesab edirəm ki, əməkdaşlıq üçün böyük potensial mövcuddur. Sadəcə hökumət nümayəndələri, iş adamları və şirkətlər arasında daha çox görüşlər keçirilməli, yeni əməkdaşlıq imkanları müəyyən edilməlidir”, – dövlət başçısı qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05