!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çinin türk qurşağı XOFU - Fürsətçil Ermənistanın əl atdığı TƏXRİBATLAR - "Azərbaycan ərazisinə mina basdırır, PUA qaldırırlarsa..." / ŞƏRH

!Reklam – Yazi

“Ermənistanda baş verən proseslər ona yönəldilib ki, Rusiyadan qopa bilsinlər. Hər şeydə təqsirkar Rusiya göstərilir. Ermənistan dövləti də, cəmiyyəti də, KTMT üzvü olaraq, müttəfiq olaraq, böyük qardaş olaraq Rusiyanı günahkar görürlər”.

Bu fikir Yenicag.az-da sərhəddə baş verən son təxribatlar, Zənəzur dəhlizi ətrafında baş verən proseslər, Ermənistan silahlı qüvvələrinə məxsus Rusiya istehsalı olan “Qrifon-12” PUA-sını KTMT üzvü olan Azərbaycanın Belarusdan aldığı “Qroza-S” REM vasitəsi ələ keçirməsini şərh edən hərbi ekspert Tərlan Eyvazov səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Ermənistan açıq şəkildə Rusiyadan qopmaq istəyir, hətta sərhəd məsələsində dəstək verməməkdə rəsmi Moskvanı günahkar bilir:

“Ermənistan ABŞ, İran və ən əsası da Çin xətti götürməyə cəhd edirlər. Ən azından bu görüntünü yaradırlar. Bununla da, Rusiyanı qıcıqlandırıb, özlərinə qarşı daha loyal münasibət göstərməyə cəhd edirlər. Digər tərəfdən, hal-hazırda Ermənistandakı seçkiyə qatılan bütün qüvvələr Rusiyanı günahlandırmaq xətti tutublar.

Son baş verənlər hadisələrdə revanşizim görünür. İstər sərhəddə, istər Qarabağın işğaldan azad edilməmiş hissələrində provokasiyalar törədilməsi cəmiyyətə hesablanıb. İnsanlarda ümid yaratmaq istəyirlər.

Bu proseslər özbaşına baş vermir. Burada İranın da, Qərbin də, həmçinin Çinin də rolu var. Çin Zəngəzur dəhlizinə ən həssas yanaşan ölkələrdən biridir. Çin böyük türk qurşağının yaranmasından ehtiyat edir. Ermənistanın Rusiyada yaşayan elitası bundan yararlanmağa çalışır. Erməni lobbisi Çindən başqa, Hindistanı da bu işə qatmaq istəyirlər.

Rusiya Zəngəzur dəhlizinə maraqlıdır. Erməni tərəfi isə məxsusi olaraq bunu qabartmaqla həm Rusiyanı öz tərəflərinə çəkmək istəyir, həm də digər ölkələri Azərbaycanın üzərinə qaldırmaq istəyirlər. Dəhliz məsələsində narazı tərəflər var. PUA-nın qaldırılması, minaların basdırılması bəzilərinə görə seçkilərə görədir. Əslində bu davamlı şəkildə olacaq.

Müharibə vəziyyətidir. Ermənistanda hakimiyyətə kim gəlsə, inanmıram Azərbaycanın şərtlərini qəbul etsin. Ona görə də, vəziyyət uzun müddət gərgin olaraq qalacaq. Göründüyü kimi Azərbaycan tərəfi təmkinli siyasət yürüdür. Düşünürəm ki, təmkin nümayişi bir yerə qədərdir. Azərbaycan ərazisinə mina basdırırlarsa, PUA qaldırırlarsa, bunlara adekvat cavab verilməlidir.

Bakı-Tiblisi-Qars dəmir yolunun çəkilməsində Çin narazı idi. Məhz buna görə də, rentabellik 30 faizdir. Bunu ermənilər də yaxşı bilirlər. İran da buna yaxşı baxmır. Baş verən bütün proseslər böyük pulların üzərinə qurulub. Azərbaycandan keçən kommunikasiya xəttlərindən bir çox dövlət xoflanır”.

Hərbi ekspert qeyd edib ki, Ermənistan tərəfi istəyərəkd, ya istəməyərək Rusiya silah sənayesinə zərbə vurur:

“Birmənalı şəkildə Rusiya silah sənayesi Ermənistan sayəsində nüfuzdan düşdü. Erməni tərəfi aldığı silahlardan lazımı səviyyədə istifadə edə bilmir. Müharibədə Rusiya silahlarının necə yararsız olduğunu görmüşdük. Dünən gecə PUA-nın ələ keçirilməsi isə daha bir zərbə oldu”.

Səxavət Məmməd

www.yenicag.az

970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv