!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cip” və “Pikap” tipli avtomobillərdən hərbi məqsədlər üçün İSTİFADƏ – Ekspertdən TƏKLİF/VİDEO

!Reklam – Yazi

17:31  22.09.20

“Mövcud şəraitdə “Cip” və “Pikap” tipli dizel mühərrikli avtomobillərin hərbi məqsədlər üçün istifadə olunmasına dair işlək mexanizm hazırlanmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında “Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərbi əməliyyatlardakı mümkün rolunu dəyərləndirən ekspert Aslan Əsədov deyib.

Aslan Əsədovun sözlərinə görə, müvafiq dövlət qurumlarının “Pikap” tipli avtomobillərdən səmərəli istifadə ilə bağlı dəstək mexanizimləri hazırlamaları müsbət addım ola bilər:

“Qanuna əsasən, “Cip” və “Pikap” tipli dizel mühərrikli avtomobillərdən hərbi məqsədlər üçün istifadə edilə bilər. Yəni sözügedən avtomobillər texniki cəhətdən hərbi təyinatlı avtomobillərə yaxın hesab olunur və bu baxımdan, onlardan yararlanmaq mümkündür.

Ona görə də bu tip avtomobilləri gömrük rüsumundan azad etmək və təyinatı uyğunlaşdırılacaq avtomobillərin qeydiyyat rüsumlarına yenidən baxmaq olar. Bununla yanaşı, rüsumun azaldılması hesabına həmin avtomobillərin ölkəyə idxalını da artıra bilərik. Bu növ avtomobillərin əlverişsiz yol şəraitinə uyğunlaşdırılması bizə daha geniş imkanlar verir”.

Gülşən Şərif

www.yenicag.az

1085
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv