ÇL: “Qarabağ”ın futbolçuları ilk “10-luq”da

media-hightechnic-468x90

“Qarabağ” klubu və futbolçuları UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4 oyunundan sonra müxtəlif nominasiyalarda ön pillələrdə qərarlaşıblar.

Yenicag.az xəbər verir ki, “köhlən atlar” matçlarda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıb.

Azərbaycan çempionunun oyunçuları dörd qarşılaşmada bunu 190 dəfə bacarıblar. Komandanın üzvü Kamilo Duran iki məhsuldar ötürmə ilə 5-ci pillədə qərarlaşan 24 oyunçudan biridir.

Kevin Medina isə rəqiblərdən top almağa görə “10-luq”da yer alıb. Buna 28 dəfə nail olan kolumbiyalı müdafiəçi “Benfika”dan Nikolas Otamendi, Entso Barreneçea, “Nyukasl”dan Dan Burn və “Liverpul”dan İbrahima Konate ilə birlikdə bu sıranı bölüşdürür.

Qeyd edək ki, “Qarabağ” 4 turdan sonra Çempionlar Liqasının Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa