Reklam

Reklam

ANAMA dekabrın 9-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Yenicag.az xəbər verir ki, gün ərzində kənddə 17 100 kv.m (1.71 ha) ərazi tam təmizlənib, 6 000 kv.m (0.60 ha) ərazi 20 sm dərinliyində və 3 200 kv.m (0.32 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 26 300 kv.m (2.63 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

22 gün ərzində cəmi 9 ədəd partlamamış hərbi sursat aşkar edilib, 428 880 kv.m (42.89 ha) ərazi tam təmizlənib, 229 826 kv.m (22.98 ha) ərazi 20 sm dərinliyində 176 100 kv.m (17.61 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1939
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."