!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çökən binalar üçün hansı qanunlar tətbiq olunacaq? – Hüquqi AÇIQLAMA

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələ fəlakəti səbəbilə ölənlərin sayı günü-gündən artır. Hüquqşünaslar deyir ki, binalardan dağıntı nümunələri götürülməlidir.

Bəs, dağılmış binalarda dağıntılar çıxarıldıqdan sonra hüquqi proses necə işləyə bilər?

Yenicag.az xəbər verir ki, Türkiyənin Ədliyyə Naziri Bəkir Bozdağ bildirib ki, binalar inşa edilərkən yol verilən istənilən nöqsana və səhlənkarlığa görə məhkəmə prosesi başladılacaq.

Nazirin əmri ilə Qəhrəmanmaraşa 53, Adıyamana 22 və Hataya 21 prokuror təyin edilib.

Türk vəkil Hadi Dündar qeyd edib ki, zəlzələdə dağılan binalar qanuni şəkildə araşdırılmalıdır: “Əgər bina tikinti icazəsinə uyğun olaraq inşa edildiyi vaxt qanuni öhdəliklərə cavab verən materiallar və texnika ilə tikilibsə, o zaman tikinti fəaliyyətini həyata keçirən şəxslərin qulluq öhdəliyinin pozulmasından bəhs edilməyəcək və bu halda cinayət məsuliyyəti də ön plana çıxmır. Lakin bina qanun prosedurlarının pozulması ilə hazırlanırsa, o zaman hər bir imza atan şəxs məsuliyyət daşıyır”.

Şəhanə Paşa

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv