!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP29-la bağlı Bakı Stadionunda 56 yeni kafe-restoran quruldu

!Reklam – Yazi

“COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadionunda üç yeni mətbəxin qurulmasına start verdik”.

Yenicag.az xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov deyib.

O qeyd edib ki, ümumən, dörd mətbəx fəaliyyət göstərir: “Bunların üçü mavi zonada, bir böyük mətbəx isə yaşıl zonada yerləşir. Hal-hazırda olduğumuz mətbəx 3000 kvadratkilometrdən böyük ərazini əhatə edir. 1500 kvadratında malların qəbulu, düzgün saxlanılması, ilkin emalı, bişirilməsi, qablaşdırılması və konfrans iştirakçılarına çatdırılması üçün nəzərdə tutulub. Qalan ərazidə isə stadion ərazisində fəaliyyət göstərən əməkdaşların qidalanmasını təşkil edirik. Onların 30-dan çoxu qida satış nöqtələridir. İki böyük restoranın birində milli mətbəx, digərində isə dünya mətbəxindən təamlar olacaq. Bu qida satış nöqtələri stadion ərazisinin müxtəlif hissələrində yerləşir. Bu qida satış nöqtələrinin 1 saat ərzində 6000-dən çox konfrans iştirakçısına xidmət edə biləcək. Tədbirin formatı üç qidalanma prosesindən ibarət olacaq. Noyabr ayında keçiriləcək tədbirin sifarişlərini artıq indidən qəbul edirik və hazırlıq prosesi gedir”.

A.Zeynal vurğulayıb ki, COP29-la bağlı Bakı Stadionundakı qida satış nöqtələrində çalışan əməkdaşların sayı 1200-dən yuxarıdır və əməkdaşların hamısı tibbi müayinələrdən keçiblər.

COP29

www.yenicag.az

94
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv