!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Çoxları düşünürdü ki, heç kim qayıtmayacaq - İlham Əliyev

!Reklam – Yazi

Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olar.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

“Zəngilanın Ağalı kəndi Azərbaycan xalqının iradəsinin göstəricisidir. Bir çoxları düşünürdü ki, heç kim geri qayıtmayacaq. Lakin siz məktəbdə 70 uşaq görürsünüz. Bakı və ya Sumqayıtda böyümüş gənc nəslin nümayəndələri öz torpaqlarında yaşamaq üçün paytaxt şəhərdən kəndə köçüblər. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olar. Əminəm ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti geri qayıdacaq və proses başlayıb”, – İlham Əliyev qeyd edib.

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv