Cüdoçumuz Olimpiadaya qələbə ilə başladı

seferov (4)Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib. Rəqibini məğlub edən O.Səfərov növbəti mərhələyə yüksəlib.

Cüdoçumuz 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək.