Daha bir neçə ailə Laçın şəhərinə yola salındı

media-hightechnic-468x90

Daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

Yenicag.az xəbər verir ki, bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xatırladaq ki, daha əvvəl Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa