Daha bir ölkədə koronavirusun “Braziliya” ştammı aşkarlandı

media-hightechnic-468x90

Avstriyanın Salzburq şəhərində yeni növ koronavirusun Braziliyada yayılan ştammına ilk yoluxma halı qeydə alınıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yeni ştamm yalnız bir nəfərdə müəyyən edilib.

“Bu günə qədər Zalzburq səhiyyə orqanları P.2 virusunun Braziliya variantına bir yoluxma təsdiqləyiblər”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, 2021-ci ilin yanvarında Avstriyada geniş yayılmış və fevral ayında sərt karantin müddətinin uzadılmasına səbəb olan koronavirusun Cənubi Afrika və Böyük Britaniya ştammı aşkarlanmışdı.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa