“Danışan kimi internetə yayırsınız”
Azərbaycanın Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov nazir, general-polkovnik Zakir Həsənovun əmri ilə tərxis olunmasına münasibət bildirməkdən imtina edib.
Sabiq nazir müavini Ç.Məmmədov açıqlamasında vəzifədən getməsi barədə danışmaq istəmədiyini söyləyib:
“Hər şey normaldır, öz işimdəyəm. Heç nə danışmayacam. Danışan kimi internetə yayırsınız. Nə danışıramsa, hamısını yazırsınız”.
Xatırladaq ki, ötən həftə Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Prezidentin sərəncamı ilə tərxis olunub. Onu general-leytenant Kərim Vəliyev əvəzləyib.