!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DANX-nin avtomobili traktorla toqquşdu - Xəsarət alan var - FOTO

!Reklam – Yazi

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus 99-PE-497 dövlət nömrə nişanlı “Xəzər” markalı minik avtomobili qarşı tərəfdə və eyni istiqamətdə hərəkətdə olan traktora arxadan çırpılıb. Hadisə zamanı xidməti minik avtomobilinin sürücüsü, Göyçay rayonu Dövranlı kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Ehtiram Məhərrəm oğlu xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv