!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşınmaz əmlak kralı həbs olundu

!Reklam – Yazi

132202_res_01Moskvanın daşınmaz əmlak krallarından olan biznesmen, “Ərazilərin inkişafı korporasiyası” ASC-nin rəhbəri Yuri Qusev həbs olunub.

Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya biznes-mediası məlumat yayıb. Qusev Kremllə üzbəüz Bolotnaya adasında ən iri daşınmaz əmlak sahiblərindən biri hesab olunur.Məlumata görə onu dələduzluqda ittiham edirlər. Qusev bir nəfər biznesmendən 5 milyon dollar alıb və pulu qaytarmayıb.

Bildirilir ki, developer bu iş üzr ev dustaqlığında idi. Ancaq ev dustaqlığının şərtini pozduğu üçün həbs olunub. Moskva şəhəri üzrə Daxili İşlər İdarəsi məlumatı nə təsdiq, nə təkzib ediblər. Ancaq Qusevin şirkətindən onun həbs olunduğunu təsdiqləyiblər.

Qusev 90-cı illərin ortalarında həmin şirkəti təsis edib, Bolotnaya adasında böyük tikinti layihələri başladıb və sürətlə Rusiya paytaxtının ən iri developerlərindən birinə çevrilib. İndiyə qədər Qusevin şirkəti ümumi sahəsi 2 milyon kvadratmetr olan 40 tikinti layihəsi həyata keçirib. Onların arasında iri şirkətlərin ofis binaları da var. Məsələn, “Lukoil” şirkəti Ordınkedəki ofis mərkəzini 47.5 milyon dollara Qusevdən alıb. Onun şirkətinin tikdiyi ofis binalarında aparıcı beynəlxalq bankların Rusiya nümayəndəlikləri, “Transneft”, “Surqutneftqaz”, “Başneft” kimi bir çox iri şirkətlər yerləşir.

Qusev habelə Moskvada ilk elit yaşayış kompleksi inşa edən biznesmenlərdən biridir. Daşınmaz əmlak biznesi üzrə eksert Stanislav İvaşkeviç deyir ki, Qusev azərbaycanlı milyarder Araz Ağalarovla birlikdə Moskvanınilk developerlərindən idi. 2015-ci ildə Qusev demək olar ki, bütün akivlərini ikinci arvadı Oksana Qusevanın adına keçirib. Hazırda onun şirkəti tarixi binaların restavrasiyasını həyata keçirir.

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv