Daşkəsəndə qəza – Bələdiyyə sədri ağır yaralandı

media-hightechnic-468x90

masin-toqq62Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 53 yaşlı Akif Əziz oğlu Muradov İdarə etdiyi NİVA markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşı tərəfdən gələn “QAZ- 24” markalı avtomobillə toqquşub.

Nəticədə NİVA-nın sürücüsü A.Muradov və onun sərnişini Sabir Camalov müxtəlif bədən xəsarətləri alıb və Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiyə şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, A.Muradov kəllə-beyin travması, S.Camalov isə döş qəfəsinin sınığı xəsarəti alıb, hər iki yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başalanılıb.

Qeyd edək ki, NİVA-nın sürücüsü A.Muradov Daşkəsən rayonunun Zəylik kənd bələdiyyəsinin sədridir.(report)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600