Daşla vurub öldürdü – Qubada

Quba rayonunda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Əliməmmədoba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov Samir Ənvərşah oğlu münaqişə zəminində Xudat şəhər sakini 1963-cü il təvəllüdlü Əhmədov Eldar Abdulla oğlunu daşla başına vuraraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.