Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Davudoğlu krizi böyüyür: Daha bir AKP-li deputat istefa etdiyini açıqladı - FOTO

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu və digər 3 keçmiş millət vəkilinin AKP sıralarından ixracının tələb edilməsi partiya daxilində fikir ayrılığı yaradıb. 

Yenicag.az xəbər verir ki, ixrac tələbinə etiraz olaraq keçmiş Ərzincan millət vəkili Talha Erol Durmaz AKP-dən istefa etdiyini açıqlayıb.

İstefa qərarını “Facebook” sosial şəbəkəsindəki hesabında yazan Erol Durmaz qeyd edib:

“Qısa müddət də olsa millət vəkilliyini etdiyim, yaradılışından bu ana qədər həyata keçirdiyi bütün xeyirxah əməlləriylə fəxr etdiyim, sevinəndə sevindiyim, üzüləndə üzüldüyüm, xalqın içindən formalaşan AKP-dən, bir müddət sədrliyini və 3 ilə yaxın Baş nazir postunda xidmət edən Prof.Əhməd Davudoğlunun və dostlarının xaric edilməsi istəyi ilə bağlı istefa edirəm”.

Qeyd edək ki, bundan qısa zaman öncə Ali Babacan da partiya sıralarından istefa etmişdi.

Əhməd Davudoğlu və onun dostlarının partiya sıralarından ixrac edilməsi tələbi isə, Türkiyə prezidentinin açıqlamasından sonra istənilib. Belə ki, Rəcəb Tayyib Ərdoğan “Adı partiya üzvü kimi keçən, qəlbini bizdən ayıran varsa onları sıralarımızdan ayırmaqdan çəkinməyəcəyik”, deyə bildirib.

Həşim Səhrablı 

 

www.yenicag.az

708
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100