!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dədə-baba yurduna QAYIDANLAR: “Dövlət bu siyasəti effektiv şəkildə həyata keçirərsə... “- MÖVQE

!Reklam – Yazi

“Əgər dövlət bu siyasəti effektiv şəkildə həyata keçirərsə, Bakıda əhali sıxlığı azalacaq”.

Bunu məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmasının paytaxtda sıxlığa və yeni iş yerlərinə təsirlərini şərh edərkən iqtisadçı ekspert Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, dövlət bu siyasəti effektiv şəkildə həyata keçirərsə, Bakıda əhali sıxlığı azalacaq:

“Ölkəmizdə əsas əlavə dəyər neft sektorunda yaranırdı. Məcburi köçkünlərin də əksəriyyəti əlavə dəyərin yarandığı sahələrdə işləmirdi. Onların sosial təminatı ilə bağlı bir çox işləri dövlət görürdü. İndi həmin köçkünlər yaşadıqları yerdə işlə təmin olunsa, yüksək əmək haqqı alsa və özləri əlavə dəyər istehsal etsələr, bir tərəfdən dövlətin yükü azalacaq, digər tərəfdən isə iqtisadiyyata müsbət təkan olacaq.

Biz iqtisadiyyatımızı şaxələndirməliyik, qeyri-xammal sektorunu inkişaf etdirməliyik. Bunun üçün də regionlar inkişaf etməlidir. Regionları inkişaf etdirmək üçün əmək resurslarını orada cəmləşdirmək lazımdır. Əgər dövlət bu siyasəti effektiv şəkildə həyata keçirərsə, Bakıda əhali sıxlığı azalacaq. Digər tərəfdən qeyri-neft sektorunda da müsbət nəticələr əldə edə bilərik”.

Sadiq Cavadov

COP29

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv