“Dəli Kür” kafesində yoxlama keçirildi

media-hightechnic-468x90

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən Elçin Ədalət oğlu Allahverdiyevə məxsus “Dəli Kür” kafesində yoxlama keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, baxış zamanı kafedə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin mövcud olmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa