Deputat: "Prezident elə bir iqtisadi formul ortaya qoyub ki, Bakı dünya siyasətinin aparıcı subyektidir"

media-hightechnic-468x90

“Bakıda keçirilən bu iclaslar Azərbaycanın artan imkanlarının əsas indikatorudur”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Prezident İlham Əliyevin çıxışı əslində yeni geosiyasi şəraitdə Azərbaycan Respublikasının güclənən inkişafı və artan imkanlarının indikatoru hesab edilə bilər:

“Sirr deyil ki, hazırkı mürəkkəb konfiqurasiyada dövlətlərin özünün təhlükəsizliyini təmin etməsi müşkül məsələyə çevrilib, lakin Azərbaycan Respublikası tam siyasi və iqtisadi müstəqilliyinə nail olmaqla, habelə hərbi-siyasi qələbələri ilə öz maraqlarını və ümumbəşəri dəyərləri ifadə edən yeni reallıq yaratmaqla bərabər, həm də artıq 10-u Avropa İttifaqının üzvü olmaqla, dünyanın 16 ölkəsinin enerji təhlükəsizliyində – dolayısı ilə milli təhlükəsizliyində həlledici rolu üstlənməkdədir. Aydındır ki, neft və xüsusən indiki halda qaz ehtiyatlarına malik olması, o cümlədən böyük tranzit əhəmiyyəti kəsb edən təbii-coğrafi şəraiti Azərbaycan Respublikası üçün çox böyük üstünlükdür. Lakin unutmamalıyıq ki, önəmli strateji coğrafiyalar və zəngin təbii ehtiyatlar, bir qayda olaraq, iri güclərin diqqətini cəlb edərək həmin bölgələrə və ölkələrə, adətən, qeyri-stabillik və bədbəxtlik gətirir.

Azərbaycan özü də uzun dövr ərzində bu niyyətlərin hədəfində olmuş, lakin cənab İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi, habelə uğurlu strateji addımlar Azərbaycana milli maraqları rəhbər tutmaqla bütövlükdə qlobal maraqların uzlaşdırılması imkanı yaradıb. Nəticə etibarilə, artıq beynəlxalq birlik Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq şəraitində daha çox fayda götürə biləcəklərini anlayır və bu istiqamətdə real addımlar atılır.

Qlobal müstəvidə tərəfdaş olaraq Azərbaycana və ölkəmizin Prezidenti cənab İlham Əliyevə inam isə birmənalıdır və real, praktik əsaslara söykənir. Məsələn ən azı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində ötən 1 illik fəaliyyətə diqqət etsək, dövlət başçımızın tədbirdə çıxışında da ifadə etdiyi kimi, biz ötən il 12 ölkəyə qaz tədarük edirdik, hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb və bununla da Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada 1-ci yerdədir. Bundan başqa, əvvəlcədən planlaşdırılmadığı halda Azərbaycan Suriyaya qaz tədarükünə başlamaqla, bu ölkəyə mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılması istiqamətində yardım göstərməklə cənab İlham Əliyev böhran idarəçiliyi və çevik təşkilatçılıq baxımdan ortaya, sözün əsl mənasında, ustad dərsi qoydu.

Məlumdur ki, “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından, “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsindən, “Ümid” yatağının ikinci mərhələsindən, habelə təbii qazın əsas mənbəyi olan “Şahdəniz”in yeni mərhələsindən qaz hasilatı azı 15 milyard kubmetr həcmində əlavə perspektiv vəd edir.

Lakin cənab İlham Əliyevin də ifadə etdiyi kimi, ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda Azərbaycanın bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması dövlətimizin yalnız qlobal qaz təchizatçısı kimi rolunun qorunması yox, həm də geosiyasi aspektdən nüfuzunu daha da artıra bilməsi reallığını göstərməkdədir. Yəni cənab İlham Əliyev nail olduğu hərbi-siyasi reallığın ardınca həm də elə bir iqtisadi formul ortaya qoyub ki, Azərbaycan Respublikası özünün gücü, imkanları, coğrafi mövqeyi və milli maraqların uğurlu realizə vasitələrindən birinə çevirdiyi təbii ehtiyatları ilə beynəlxalq birliyin ən aparıcı subyektlərindən biri kimi çıxış edə bilmək iqtidarındadır”, — deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05