Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputat Ramil Həsən şəhid övladlarının doğum günündə iştirak etdi - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 06 noyabr 2021-ci il tarixində Ucar rayonunda 8 noyabr – “ZƏFƏR GÜNÜ” münasibətilə silsilə tədbirlərdə iştirak etmişdir.

Deputat Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədrinin səlahiyyətlərini icra edən Şəhla xanım Abdullayeva, Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov və Ucar Gənclər Evinin direktoru Elamin Dibirovla birlikdə ilk öncə Ümümmilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib, dualar oxunub.

Millət vəkili YAP Ucar rayon Təşkilatının inzibati binasında partiya əməkdaşları ilə bir araya gəlib, qarşıdan gələn Zəfər bayramı münasibətilə onları təbrik edib, gələcəkdə həyata keçiriləcək işlər və fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb.

Onu da qeyd edək ki, deputat Ramil Həsən YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və digər qonaqlar Vətən müharibəsi Şəhidi Ələkbərov Allahverdi Məzahir oğlunun övladları Əlihüseyn və Fidan Ələkbərovların doğum günləri münasibətilə ailəsində olmuş,təbrik etmiş və hədiyyələr təqdim ediblər, həmçinin uşaqların səhhəti, təhsili və digər narahatlıqları haqqında maraqlanmış, uşaqların problemlərinin həlli yönümündə həmişə ailənin yanında olduğunu bildirmişdir.

 

www.yenicag.az

173
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100