Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatdan DTX-ya şok ÇAĞIRIŞ: "Yardımlının icra başçısı da həbs olunmalıdır"

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib.

Yenicag.az xəbər verir ki, S.Rüstəmxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov da həbs olunmalıdır:

“Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir”.

Loading...

www.yenicag.az

1674