!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatın çağırışına REAKSİYA: “Müəyyən statusu olan şəxslər öz sözlərinin məsuliyyətini dərk etməlidirlər” - VİDEO

!Reklam – Yazi

“Qüdrət Həsənquliyevin bu fikri deputata və partiya sədrinə yaraşmayan çağırışdır”.

Bunu Yenicag.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın arvadının əsir götürülməsi haqqında səsləndirdiyi fikrə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, Azərbaycan əsgərləri hətta müharibənin ən şiddətli dövründə belə erməni qadınına, qocasına, uşağına güllə atmayıb:

“Qarabağ müharibəsinin gedişində bizim hərbçilərin erməni qadınına, qızına, uşağına, yaşlısına güllə atdığını və ya işgəncə verdiyini görməmişəm. Hətta qadınlar və uşaqlar döyüş zonasında qalanda, onlar ya ailələrə verilirdi, ya da əsirlərlə dəyişdirilirdi.

Hərbçi qadınlar girov düşdükdə isə onlar kişi hərbçi əsirlərə nisbətən daha tez geri qaytarılırdı. Azərbaycan əsgəri heç vaxt ermənilər kimi, uşaqlara, qadınlara zülm etməyib. Bu, bizim qanımızdan, tərbiyəmizdən irəli gələn cəhətdir. Ermənilərin xislətini anlamaq üçün onların xüsusi vəhşiliklə törətdikləri Xocalı Soyqırımını qeyd etmək kifayətdir.

Eyvazov qeyd edib ki, belə bir fikri sıravi vətəndaş söyləsəydi, bu qədər söz-söhbətə səbəb olmazdı:

“Bunu partiya sədri, uzun illər siyasətdə olan şəxs, Azərbaycan parlamentinin deputatı deyirsə, bu, təbii ki, bizə başucalığı gətirmir. Görün, deputatın fikri nə qədər zərərlidir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev buna çox sərt münasibət bildirdi.

Müəyyən statusu olan şəxslər öz sözlərinin məsuliyyətini dərk etməlidirlər. Nəzərə alınmalıdır ki, o, təkcə Paşinaynın arvadı deyil, həm də qadındır, mülki şəxsdir. Sabah o hərbi formada ordusunun sıralarında bizə qarşı döyüçəcəksə, biz də ona qarşı döyüşəcəyik. Bu zaman o qadın əsir götürülə, yaxud da ölə də bilər.

Azərbaycan tərəfi beynəlxalq konvensiyalara qoşulub və üzərinə öhdəliklər götürüb ki, mülki şəxs əsir götürülə bilməz və biz buna daima əməl etmişik. Ermənistan törətdiyi bütün cinayətləri Dağlıq Qarabağdakı qondarma rejimin üzərinə atır. Biz isə bunu deyə bilmərik. Çünki Azərbaycanda qeyri-qanuni hərbi birləşmələr yoxdur. Ali Baş Komandana tabe olan Silahlı Qüvvələrimizin fəaliyyəti qanunla tənzimlənir”.

Səxavət Məmməd

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv