Deputatların "Atletik" - "Qarabağ" oyunundan GÖZLƏNTİLƏRİ

media-hightechnic-468x90

Milli Məclisin bəzi deputatları Yenicag.az-a “Atletik Bilbao” – “Qarabağ” oyunundan gözləntilərini açılqyıblar.

Xatırladaq ki, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində üçüncü oyununu keçirəcək. Geridə qalan iki turda qalib gəlməyi bacaran Ağdam təmsilçisinin budəfəki rəqibi İspaniyanın “Atletik Bilbao” klubu olacaq. Komandanın 2 oyunda maksimum nəticə göstərməsi “köhlən atlar”a olan ümidləri daha da artırıb.

Millət vəkili Aqil Abbas “Qarabağ”dan qələbə gözlədiyini bildirib:

“Komandamız 2:1 hesabı ilə qalib gələcək. Düşünürəm ki, qollardan biri Kadi, digərini isə Abdulla Zubir vuracaq”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev də Qurban Qurbanovun komandasına inandığını deyib:

“10 gün əvvəldən demişəm ki, “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanacaq”.

Vüqar İsgəndərov da digər həmkarları kimi düşünür:

“Əminəm ki, “Qarabağ” ləyaqətli və döyüşkən oyun sərgiləyəcək. Həyəcanla matçı gözləyirəm, ümid edirəm ki, uduzmayacağıq. Ən pis halda bərabər qalacağıq, ya da qalib gələcəyik!”

Hikmət Babaoğlu da vurğulayıb ki, Ağdam klubu bu gün yeni tarix yazmağa hazırlaşır:

“Komandamız heç kimin proqnozlaşdırmadığı halda qələbələr qazanaraq adını Azərbaycan futbol tarixinin ən yeni səhifəsinə qızıl hərflərlə yazdırdı. Axşam baş tutacaq oyunu səbirsizliklə gözləyirik. İnanıram ki, “Atletik”ə qarşı oyunda da zəfər qazanacağıq. Lakin bütün hallarda “Qarabağ” qalibdir və adını tarixə qürurla yazdırıb”.

Qanunverici orqanın İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa komandamızın səfərdən 1 xalla dönəcəyinə ümid edir:

“Bu kimi matçları kağız üzərindən oxumaq doğru deyil. Hər şey meydandakı situasiyadan asılı olacaq. “Qarabağ”ın əvvəlki iki qələbəsinə istinadən bu matçda da 3 xal qazanacağını demək bir az riskli olar. Amma ən azı heç-heçə gözləyirəm. Bu, komanda üçün böyük uğur olar. Təbii ki, futbol sürprizlərlə doludur. Qələbə də qazana bilərik. Amma Ağdam klubunun daha praqmatik davranış sərgiləyəcəyini fikirləşirəm”.

Deputat Arzuxan Əlizadə komandanın 1 xal qazanacağına inananlar sırasındadır:

“Öncəliklə əminəm ki, “Qarabağ” sona qədər döyüşəcək. Buna inanıram. Komandamız adına layiq oyun sərgiləyəcək. Düşünürəm ki, “köhlən atlar” azı bir xalla Vətənə dönəcək”.

Deputat Müşfiq Cəfərov komandanın vətənə yaxşı nəticəylə dönəcəyinə inandığını qeyd eidb:

“Qarabağ” artıq ikinci dəfədir, qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında iştirak edir. Azərbaycan futbolu üçün bu olduqca vacibdir. “Qarabağ”ın builki rəqibləri də olduqca güclüdür. Lakin ilk oyunundan etibarən səfərdə “Benfika” üzərində möhtəşəm geri dönüş edərək məğlub durumda ola-ola 2:3 hesabı ilə inamlı qələbə qazanan ağdamlılar Avropada “mən də varam” dedi. “Qarabağ” 8 il aradan sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edərək Çempionlar Liqasının əsas mərhələsində qalibiyyətlə başladı. İkinci oyunda da Danimarka nəhəngi “Kopenhagen”i evə əliboş yola salan “köhlən atlar” həm Azərbaycan futbol tarixində yeni səhifə açdı, həm Avropaya səs saldı. Çünki bu mövsüm qitənin ən nüfuzlu klub turnirində 5-6 komanda – özü də, demək olar ki, hamısı nəhənglər – hər iki oyunda qalib gəlibsə, bunlardan biri də Qarabağdır. Çox qəribə səslənsə də, Qurban Qurbanovun kollektivi bu çətin işin öhdəsindən layiqincə gələrək ölkə futbolumuzun adını yüksətdi. Bu axşamkı “Atletik” səfərindən də yaxşı nəticə gözləyirik. Ümid edirəm ki, komandamız Priney yarımadasında uğurlu çıxış edərək vətənə yaxşı nəticəylə dönəcək”.

Xatırladaq ki, Bilbaoda, “San Mames” stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək. “Qarabağ” buna qədər keçirdiyi iki oyunu qələbə ilə başa vurub. Azərbaycan təmsilçisi “Benfika”nı 3:2, “Kopenhagen”i isə 2:0 hesabı ilə məğlub edib. “Atletik” isə “Borussiya”ya (Dortmund) 1:4, “Arsenal”a isə 0:2 hesabı ilə uduzub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa