!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diplomatik böhran: Türkiyəli diplomat İsrail XİN-ə çağırıldı

!Reklam – Yazi

Türkiyə HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə bir günlük matəm elan edərkən, İsrailin paytaxtı Tel-Əvivdəki səfirlikdə Türkiyə bayrağının yarıya endirilməsi diplomatik böhran yaradıb.

Yenicag.az xəbər verir ki, buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Kats Türkiyənin İsraildəki müvəqqəti işlər vəkilini nazirliyə çağırıb və qalmaqallı ifadə işlədib. “Əgər səfirlik nümayəndələri Haniyə yas tutmaq istəyirlərsə, Türkiyəyə gedib prezident Ərdoğanla birlikdə yas tuta bilərlər”, – deyə İsrailin XİN rəhbəri bildirib.

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib. İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi məlumatda Haniyənin Tehrandakı iqamətgahında öldürüldüyünü açıqlayıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv