Dörd cüdoçumuz kata üzrə dünya çempionatında iştirak edəcək
8–9 noyabrda Fransanın paytaxtı Parisdə kata üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.
Yenicag.az xəbər verir ki, yığma yarışda 4 cüdoçu ilə təmsil olunacaq.
İdmançılarımız “nage-no-kata” və “katame-no-kata” üzrə çıxış edəcəklər.
Nage-no-kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
Katame-no-kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke
Qeyd edək ki, turnirdə 37 ölkədən 466 cüdoçu qüvvəsini sınayacaq.












