Reklam

Reklam

“Milli ənənələrin beşiyi sayılan Gəncədə qanlı təxribatın törədilməsi ölkəmizə qarşı təşkil edilmiş xain qəsddir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünən Gəncədə baş vermiş qanlı təxribata münasibət bildirən ekspert Əlabbas Məhərrəmov deyib.

Əlabbas Məhərrəmovun fikrincə, Gəncə iğtişaşını planlaşdıran mərkəz tezliklə üzə çıxarılacaq:
“Ölkənin ikinci böyük şəhəri olan Gəncədə dünən meydana gələn iğtişaşlar Azərbaycanda son bir həftədə yaranmış vəziyyət fonunda dövlətin dayanıqlılığının sarsıdılmasına yönəlmiş ciddi təxribat cəhdidir.

Əslində, bu, Mingəçevir İES-də baş verən qəza və Gəncənin icra başçısına sui-qəsddən sonra məlum dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycanda dini zəmində təxribatlara hazırlıq gördüklərinə dair məlumatların əsassız olmadığını göstərdi.

Azərbaycanda vicdan azadlığı və dindarların ibadət sərbəstliyinin təmin olunması beynəlxalq səviyyədə etiraf olunan faktdır. Buna baxmayaraq, bir qrup dini fanatikin iştirakı ilə milli ənənələrin beşiyi sayılan Gəncədə qanlı təxribatın törədilməsi ölkəmizə qarşı təşkil edilmiş xain qəsddir.

Çox təəssüf ki, bu təxribat nəticəsində Gəncə polisinin iki yüksək rütbəli zabiti vəzifə borcunu yerinə yetirərkən qətl edildi. Allah onlara rəhmət eləsin. Şübhə yoxdur ki, bu hadisələr ətraflı surətdə araşdırılacaq və Gəncə təxribatının planlaşdırıldığı mərkəz üzə çıxarılacaq.

Mənə görə çox müsbət haldır ki, sosial şəbəkələrdə bu hadisələrə münasibət bildirən vətəndaşlarımız təxribatın sifarişçilərini və icraçılarını birmənalı olaraq, hədəfə götürüblər.

Hətta ölkədə yaşayan və mühacirətdə olan kəskin müxalif mövqeli insanların çoxu da Gəncə iğtişaşlarını pisləyir, dövləti təmsil edən polis zabitlərinin şəhid edilməsini lənətləyirdilər. Bu, siyasi baxışlarından asılı olmayaraq, vətəndaşlarımızın zəruri vəziyyətlərdə dövlətin ətrafında sıx birləşdiklərinin göstəricisidir.

Hər kəsin mövqeyi bundan ibarətdir ki, dövlət belə hallarda öz güc və qətiyyətini göstərməlidir. İnanıram ki, hüquq-mühafizə və təhlükəsizlik orqanları Gəncədə baş vermiş qanlı təxribatın təkrarlanmaması üçün bütün vacib tədbirləri həyata keçirəcəklər”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3418
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."