!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlət qurumlarında siyasi partiyaların ilk təşkilatlarının yaradılması...” – TƏKLİF

!Reklam – Yazi

“Mövcud olan məhdudiyyətin pozulmaması üçün qanuna yeni müddəaların salınması zəruridir”.

Bu fikirləri ölkədə “Siyasi partiyalar haqqında” qanunun yenilənməsinə yönəlik irəli sürdükləri təklifləri şərh edən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Partiya funksionerinin sözlərinə görə, irəli sürdükləri təkliflər bir neçə mühüm istiqaməti əhatə edir:

“Bildiyiniz kimi, artıq iyirmi doqquz siyasi partiya sözügedən qanunun təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini irəli sürüb. Biz də həmin qanunun müasir tələblərə uyğunlaşdırılmasına tərəfdar olduğumuz üçün təkliflərimizi çatdırmışıq.

İrəli sürdüyümüz vacib təkliflərdən biri siyasi partiyaların dövlətdən maliyyələşdirilməsi haqqındadır. İndiki şərtlərdə yalnız parlamentdə təmsil olunan partiyalar dövlət maliyyələşməsinə cəlb olunurlar. Biz isə təklif edirik ki, seçkilərdə iştirak edən bütün siyasi partiyalar bu imkandan yararlanmalıdır.

Digər təklifimiz dövlət qurumlarında siyasi partiyaların ilk təşkilatlarının yaradılmasına imkan verilməməsinə həsr olunub. Hesab edirik ki, bununla əlaqədar mövcud olan məhdudiyyətin pozulmaması üçün qanuna yeni müddəaların salınması zəruridir.

Üçüncü təklifimiz isə partiyaların maliyyə hesabatı ilə əlaqədardır. Fikrimizcə, bu məsələ sadələşdirməli və partiyalar sadəcə Maliyyə Nazirliyinə müvafiq hesabat verməlidirlər”.

A.Zeynalov

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv