!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qurumlarını zərbə altında qoyan Müzadil Həsənov: Milli Yaylaq Festivalını fiaskoya uğradan şəxsin "TƏŞKİLATÇILIQ" FƏALİYYƏTİ

!Reklam – Yazi

Dünəndən bəri ölkədə ən çox müzakirə olunan mövzulardan biri Milli Yaylaq Festivalında yaşanan xoşagəlməz hallardır.

Belə ki, festivalın keçirildiyi əraziyə gedərkən insanların tıxaca düşməsi, hərəkətin düzgün tənzimlənməməsi, üstəgəl, 40-a yaxın media nümayəndəsi və yazıçının festivaldan dönərkən yağışlı hava səbəbindən yolda qalması tədbirin təşkilatçılıq səviyyəsinin sorğulanmasına yol açıb. Həmçinin təqdim edilən məhsul və yeməklərin həddən artıq baha olması da tənqidləri Milli Yaylaq Festivalına yönəldib.

Burada xüsusilə qeyd olunmalıdır ki, festivalın təşkilatçıları sırasında bir sıra dövlət və özəl qurumlar, həmçinin xarici şirkətlər də yer alır. Lakin əsas təşkilatçı qismində “Cavad Xan” Tarix və Mədəniyyəti Fondu çıxış edir. Festivalın rəsmi internet saytında da bu barədə açıq şəkildə qeyd olunur:

“Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə “Cavad Xan” TMF “Milli Yaylaq Festivalı” adlı bir layihə hazırlamışdır və onun Gəncə-Daşkəsən iqtisadi rayonunun ərazisində həyata keçirilməsi ilə bağlı təşəbbüs irəli sürmüşdür”.

Son yaşananlar fonunda tədbirin təşkilatçısı olan sözügedən fondun rəhbərliyi ilə bağlı araşdırma apararkən maraqlı detallarla qarşılaşdıq.

Belə ki, festivalın layihə rəhbəri fondun vitse-prezidenti, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü Müzadil Həsənovdur. M.Həsənov ən son 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində yaşanan olaylarla gündəmə gəlmişdi.

Belə ki, Həsənov 38 Saylı Nizami (Gəncə) ikinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, daha sonra namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmişdi. Buna səbəb isə Müzadil Həsənovun Rusiya Federasiyasının vətəndaşlığını alması olub. Belə ki, o, ölkədə deputatlığa namizədliyini irəli sürərkən ikili vətəndaşlığı olduğunu gizlədib, bununla da ikinci qanunsuzluğu edib. Birinci qanunsuzluğu isə Rusiya vətəndaşlığına keçməsini Azərbaycan tərəfinə rəsmi şəkildə bildirməməsi olub.

Bundan başqa, Həsənovun xarici dövlətlərin xüsusi xidmət orqanları ilə çalışdığına dair məlumatlara da rast gəlinməkdədir.

Əldə etdiyimiz informasiyaya görə, festivalın bütün təşkilatçılığını üzərinə götürən Müzadil Həsənov rəsmi qurumların etibarından istifadə edərək ciddi nöqsanlara yol verib, onları zərbə altında qoyub. Təbii ki, burada həmin qurumların da günahı yox deyil. Belə ki, təşkilatçılıq həvalə edilmiş şəxsin müsbət persona olmadığını öyrənmək üçün elə də ciddi araşdırmaya gərək duyulmadığı halda, barəsində bir az da varsa, məlumat toplanmaması sözügedən qurumların da məsuliyyətsiz yanaşmasının bariz nümunəsidir.

www.yenicag.az

704
Ads
www.veteninfo.com
!Reklam – Arxiv