Dövlət satınalmalarına dair qanunun təkmilləşdirilməsi üçün təkliflər paketi təqdim ediləcək

media-hightechnic-468x90

Hesablama Palatası “Dövlət satınalmaları haqqında” qanunun təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlayıb.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov bildirib ki, təhlillər yeni qanunvericilikdə bir sıra məsələlərin tənzimlənmədiyini, dövlət satınalmalarından istisna edilə biləcək halların müvafiq hüquqi aktda təsbit edilmədiyini, müəyyən edilmiş əlavə prosedurların satınalmaların keçirilməsinə çətinliklər yaratdığını göstərib: “Bu isə yeni qüvvəyə minmiş qanunvericiliyin təkmilləşdirilməsini zərurətə çevirib. Hazırda tərəfimizdən bu istiqamətdə iş aparılır və yaxın günlərdə təkliflər paketimiz aidiyyəti üzrə təqdim ediləcək”./APA

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600