Dövlətin özəl sektora ardıcıl dəstəyi: “Məhdudiyyətlərin davamlı olması…” – Ekspertin ŞƏRHİ

“Dövlət tərəfindən biznes qurumlarına yardım göstərilməsi onların ayaqda qalmasına xeyli kömək edib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyası şəraitində maddi vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə dövlətin biznes qurumlarına maddi dəstəyini dəyərləndirən İnnovativ Biznes İnkubatorun direktoru Mircavid Həsənov açıqlamasında deyib.

Mircavid Həsənovun sözlərinə görə, pandemiya dövründə dövlət tərəfindən biznes qurumlarına yardım göstərilməsi müsbət haldır:

“Elə şirkətlər var ki, pandemiya onların fəaliyyətinə olduqca mənfi təsir edib. Dövlət tərəfindən bu şirkətlərə yardım edilməsi onların ayaqda qalmasına əhəmiyyətli dərəcədə təkan verib.

Lakin göstərilən yardımın önəmi kifayət qədər böyük olsa da, bu, məsələnin tam həlli anlamına gəlmir. Dövlət hətta indiki şərtlər daxilində bir çox şirkətlərin əməkdaşlarına maaş ödəsə belə, məhdudiyyətlərin qüvvədə qalması təsirsiz ötüşmür.

O baxımdan, karantin rejimi uzun müddət davam edərsə, biznes qurumlarına göstərilən yardımın davam etdirilməsi qaçılmaz olacaq”.

Gülşən Şərif

COP29