!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilindən banklara İPOTEKA ÇAĞIRIŞI: “Şərtlər sadələşdirilməli və faizlər azaldılmalıdır”

!Reklam – Yazi

“Banklar aylıq gəliri 400-500 manat arasında olan şəxslərin müraciətini rədd edir”.

Bu fikirləri yeni qurulan ailələrə ciddi çətinliklər yaradan evsizlik problemi və ipoteka şərtlərinin ağırlığı haqda danışan millət vəkili Rüfət Quliyev Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, qüvvədə olan ipoteka şərtləri yumşaldılmalı və faizlər aşağı salınmalıdır:

“Yeni ailə quran gənclərin ev ala bilməmələri ilə əlaqədar çox sayda müraciətlər daxil olur. Gənclər MİDA-da qeydiyyatdan keçsə də, banklarla bağlı problem yaşayırlar.

Banklara müraciət edildikdə, ev almaq istəyənlərdən aylıq maaşları barədə məlumat istənilir. Daha doğrusu, banklar aylıq gəliri 400-500 manat arasında olan şəxslərin müraciətini rədd edir.

Bununla da çox az sayda ailə ev sahibi ola bilir. Problemin ən real həll yolu banklardan asılıdır. Yəni ipoteka şərtləri sadələşdirilməli və faizlər azaldılmalıdır”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv