Türkiyənin Suriyada başladığı “Barış Pınarı” Hərəkatına dəstək artmaqdadır. Rusiyada yaşayan azərbaycanlı gənclər də toplaşaraq, bu hərəkata dəstək olduqlarını bildiriblər.
Yenicag.az xəbər verir ki, qardaş ölkənin Suriyada PKK terroruna qarşı mübarizəsinə dəstək verən millətçi gənclər “Difai Azərbaycan” adı altında döyüşə gedə biləcəklərini xüsusi vurğulayıblar.
“Türk uğrunda ölməyə də, öldürməyə də hazırıq” deyən gənclər hər an Türk Ordusunda xidmət etməyə hazır olduqlarını da qeyd ediblər.