!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSMF-nin sabiq vəzifəlilərinə hökm oxundu - Rüşvət işi

!Reklam – Yazi

Şəki Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq vəzifəli şəxsləri – Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenicag.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Əhmədov və Q.Şahmuradovun hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən N.Həsənovaya isə 2 il sınaq müddəti ilə olmaqla 4 il şərti cəza təyin edilib. İttihama görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olan məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Mərkəzin vəzifəli şəxsləri Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovaya 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib.

Məharət Əhmədov vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi adı ilə rüşvət alarkən yaxalanıb.

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv