!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya Axısxa Türkləri Birliyinin sədri Milli Məclisdə olub - FOTOLAR

!Reklam – Yazi

Aprelin 22-də Milli Məclis sədrinin müavini Adil Əliyev Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyəddin Kassanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, qonaqları salamlayan Adil Əliyev 2020-ci ilin şanlı tariximizin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbə uzun illər yaddaşlardan silinməyəcək.

Milli Məclis sədrinin müavini ölkəmizin Azərbaycanda yaşayan bütün xalqların vahid Vətəni olmasına və hər kəsin tolerant mühitdə yaşadığına diqqət çəkərək, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının dövlətimizin başçısının ətrafında sıx birləşərək düşmənə döyüş meydanında sarsıdıcı zərbə vurduğunu qeyd edib. Sədr müavini Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalına son qoyulmasına, dünyanın ermənilərin törətdiyi cinayətlərə qarşı hələ də səssiz qalmasına diqqət çəkib.

Adil Əliyev faşizmin Ermənistanda dövlət siyasətinin əsasını təşkil etdiyini vurğulayaraq, işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərdən danışıb. Bütün tikililərin, məscidlərin, dini ziyarətgahların, tarixi abidələrin dağıdıldığını, onların bu əməlləri nəticəsində dilbər guşələrimizin məhv edildiyini vurğulayan Adil Əliyev Ermənistanın müharibədə məğlubiyyətə uğrayaraq təslim olmasına baxmayaraq, minalanmış sahələrin xəritələrinin bu günədək ölkəmizə verilmədiyini, bu səbəbdən də vətəndaşlarımızın minaya düşərək həlak olduqlarını və ya xəsarət aldıqlarını qonaqların diqqətinə çatdırıb.

Ermənistanın minalanmış sahələrin xəritələrini verməməsinin növbəti müharibə cinayəti olduğuna diqqət çəkən sədr müavini həm də işğal altındakı torpaqlarımızın bütün maddi sərvətlərinin, təbii ehtiyatlarının düşmən tərəfindən mənimsənildiyini, həmin ərazilərdəki qızıl, mis yataqlarının Ermənistan və onun xarici müttəfiqləri tərəfindən dayanmadan talan edildiyini bildirib. Qeyd edib ki, hazırda ölkəmizə dəyən ziyanın hesablanması ilə əlaqədar xarici mütəxəssislərin iştirakı ilə komissiyalar fəaliyyət göstərir. Dəyən ziyan qiymətləndirildikdən sonra ərazilərdəki abadlıq və quruculuq işləri daha intensiv hal alacaq.

Səmimi görüşə görə minnətdarlığını bildirən, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyəddin Kassanov Azərbaycanda yaşayan axısxa türklərinin də digər millətlərlə birgə firavan mühitdə yaşadığını diqqətə çatdırıb. Azərbaycanın qazandığı tarixi Qələbədən danışan qonaq bu Zəfərin türk dünyası tarixində mühüm yerinin olduğunu bildirib. O, Birlik tərəfindən çap edilən nəşrlərdə Prezident İlham Əliyevin çıxışlarına xüsusi yer verildiyini, hazırda yaşadıqları Qazaxıstanda Azərbaycanın Vətən müharibəsi dövründə haqq səsini ucaltdıqlarını qeyd edib. Qonaq bundan sonra da Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində ciddi səylə çalışacaqlarını diqqətə çatdırıb.

Görüşdə iştirak edən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Azərbaycanın Vətən müharibəsində Qələbəsindən danışıb, ölkəmizin Cənubi Qafqazın lideri olmasından qürur duyduğunu qeyd edib.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv