“Dünya şöhrətli alimlər də əlçatmaz deyillər”

media-hightechnic-468x90

gtg“Hazırkı dövrdə gənc alimlər 5-10 il əvvəlki dövrlə müqayisədə daha geniş imkanlara malikdir”.

Bunu gənclər və idman naziri Azad Rəhimov Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün gənclər ən son innovasiyalar və ən müasir tədqiqatlardan yalnız “bir klik” qədər uzaqdadır. Nüfuzlu elm mükafatlarının laureatları, dünya şöhrətli alimlər, görkəmli elmi işlərin müəllifləri də bu gün artıq əlçatmaz deyillər: “İndiki dövrdə istənilən kəsi və istənilən məlumatı tapmaq mümkündür. Dünya ölkələrinin də elmi inkişafa göstərdiyi dəstək gündən-günə artmaqdadır. Müxtəlif ölkələrdə gənc alim və tədqiqatçıların yerli təşkilat və birlikləri yaradılır, uğurlu fəaliyyət göstərir. Azərbaycanın timsalında bunu daha aydın görmək mümkündür”.

A.Rəhimov qeyd edib ki, bu gün ölkədə elm yeni mərhələdə inkişaf edir. Onun sözlərinə görə, prezident İlham Әliyev tərəfindən “Azərbaycanda elmin inkişafı strategiyası” imzalanıb, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb: “Onlar tərəfindən mütəmadi olaraq tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələri keçirilir”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600